Şagirdlərin elektron yerdəyişməsinə görə sorğuların qəbuluna BU TARİXDƏN başlanacaq

Şagirdlərin elektron yerdəyişməsinə görə sorğuların qəbuluna BU TARİXDƏN başlanacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı sorğuların qəbulu oktyabrın 21-dən davam etdiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR