Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş dayandırılır

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş dayandırılır

İyul ayından etibarən şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti müvəqqəti olaraq dayandırılacaq.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə "Mobile Solutions & Marketing Technologies" şirkətindən (xidmətin operatoru) bildiriblər.
Şirkətdən deyiblər ki, yay tətili ilə əlaqədar olaraq, SMS-bildiriş xidməti yeni tədris ilinə qədər müvəqqəti dayandırılacaq.
Cari tədris ili məktəblərdə iyunun 14-də başa çatır. Son imtahanların qiymətlərinin də elektron jurnala yazılması səbəbindən SMS-bildiriş xidməti iyunun sonunadək açıq olacaq. Bununla belə, iyunda xidmətdən istifadəyə görə abunə haqqı tutulmayacaq.

Qeyd edək ki, şagirdlərin davamiyyəti üzrə SMS-bildiriş xidməti "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub.
SMS-bildiriş xidməti Azərbaycanın bütün mobil rabitə operatorlarının (Bakcell, Azercell və Azerfon) şəbəkələrində əlçatandır.
Xidmətə qoşulmaq üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinifin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Aylıq abunə haqqı 4,72 manatdır.
 
Aktual.az
Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR