Şabranda tapılan yanmış kişi meyitinin kimliyi məlum oldu

Şabranda tapılan yanmış kişi meyitinin kimliyi məlum oldu

Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Binəqədi rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi qeydiyyatda olub.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. 
 
Aktual.az 
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR