Sabirabadda AĞIR QƏZA: 5 nəfər yaralandı

Sabirabadda AĞIR QƏZA: 5 nəfər yaralandı

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, ötən gecə Sabirabad şəhərinin  H.Əliyev prospektində Narlıq kənd sakini, 1955-ci il təvəllüdlü Əliyev Əlican Əliquzu oğlunun idarə etdiyi "Hyundai" markalı, 54 BJ 348 dövlət nömrə nişanlı avtomobillə, Sabirabad sakini, 1960-cı il təvəllüdlü Quliyev İlham Soltan oğlunun idarə etdiyi  "Mercedes" markalı, 10 BL 313 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər- Narlıq kənd sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Mehriban Ağalar qızı (hər 2 qolunun sınığı), 2016-cı il təvəllüdlü Əliyev Bağır Kamran oğlu və 1998-ci il təvəllüdlü Cəfərova Fərqanə Elsevər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR