Saat dəqiqliyi ilə özlərini "yandıranlar" - Azərbaycan deputatının SENSASİON yazısı

Saat dəqiqliyi ilə özlərini

Anti-Azərbaycan qüvvələri saat dəqiqliyi ilə işləsələr də özlərini "yandırmağa” davam edirlər. Çünki Tofiq Yaqublunun "tövlət” adlandırdığı dövlət (bu barədə ayrıca danışacam) yerindədir və xüsusi xidmət orqanlarımız ən xırda boşluqları, nüansları nəzərdən qaçırmır.

Keçək faktlara. Bu yaxınlarda Cəmil Həsənli adında siyasət qırıntısı bəyan etdi ki, mənə də, Qubada da xarici Universitetlərdə dərs demək üçün müraciət edilib. Amma məlum müraciətlər necə oldu ki, 2 gün ərzində, üstəlik "Vaşinqton Post”un öz siyasət bölümünü az qala bütövlükdə Qubada həsr etdiyi vaxta təsadüf etdi, bax orasına toxunmadı. Ona görə də detalları xırdalamağa dəyər: Əvvəla, Amerika nəşri bu yazıları təbliğat müqaviləsi əsasında verib. Yəni, pulu-parası ilə. Hər halda onların işi-gücü qurtarmayıb ki, oturub Qubad dərdi çəksinlər. Ya da dünya siyasəti bu qədər qlobal mövzularla məşğulkən 6 gün ərzində Qubadın müdafiəsinə bu qədər yer ayırsınlar.

O ki qala Universitetlərdən təklif məsələsinə, gələn informasiyalar belə deyir ki, bunu da təşkil ediblər. Necə? Anti-Azərbaycan qüvvələri onların alacaqları məvacibi özləri ödəməyə söz veriblər, eyni zamanda lobbi işə düşüb, Qubadın, Cəmilin məzlum obrazı yaradılıb və Universitetlərin də marağında olub ki, maaş vermədən kiminsə xidmətindən istifadə etsinlər.

İndi keçək əsas məsələyə. Pulları kim ödəyir bəs? Əlbət ki, Pensilvaniyadakı canişin və onun emissarları.

Arif, Cəmil və Qubadın yaratdığı "Təhsil Fondu” aysberqin sadəcə görünən tərəfidir. O layihə ictimai rəyi öyrənmək üçün ortalığa atılmışdı və bu, FETÖ-nun mesajı idi ki, üç nəfər dəqiq əlimdədir, eyni zamanda onları açığa çıxarmaqdan da qorxmuram. Proses isə çoxdan başlamışdı – sırf təhsil istiqamətində - Türkiyədəki "qol”un azərbaycanlı tələbələrin təhsil haqqını ödəməsi ilə bağlı geniş təbliğat prosesi gedəndə....

Razıyam. Əvvəlcə seçki, ardınca da Qarabağ müharibəsi və sonrakı post-müharibə dövrü FETÖ-nün ifşasını müəyyən qədər ertələyə bildi. Amma bu ünsürlər, FETÖ-çulara bağlı media qurumları, hətta Parlament seçkiləri ərəfəsində onların az qala hər dairəyə səpələdikləri namizədlər nəzarətdə idi. Öz də tam! Və sonradan məlum oldu ki, seçkidəki şanslı insanların bütün görüşləri, təbliğatı barədə xarici qurumlara, FFTÖ ofislərinə hansı məlumatlar ötürülüb. Ayrıca, informasiya - texnologiya biliklərini çox mükəmməl şəkildə mənimsəyən FETÖ-çulara əsas tapşırıq yalnız və yalnız faksdan istifadə etmək olmuşdu! Niyə? Yəqin bunun səbəbini sadəcə sifarişi verənlər bilir...

Və nəhayət: Əsas "baş”lardan biri. Türkiyədəki məşhur oliqarx. Futbolla, südlə-qatıqla başlayıb, axırda təhsil sektoruna adlayan, qorxunc və qaranlıq həyat hekayəsi olan adam! Yalnız media mənsublarının, ictimai-siyasi aktivlərin, əlqərəz üzdə olanların övladına "təhsil yardımı” edən hiyləgər! Əlində yüzlərlə feysbuk səhifəsi, "YouTube” kanalı saxlayan kəs. Qubad, Cəmil və Arif kimi piyadaların əsas "donor”u! FETÖ-nun sağ əlindəki beş barmağından ən qansızı!

Onun da tamı-tamına ifşasına çox qalmayıb!

İndi isə sual verim: Sizcə "söyüş müxalifəti”nin aktivliyi niyə səngiyib? "Azad söz” niyə bütün verilişlərini Qubada həsr edir? Həmin haqqında danışdığım oliqarx niyə öz FETÖ ilə əlaqədə suçlanan əməkdaşını müdafiə etmir? Cəmil niyə bu qədər həyəcanlıdır və Avropada dərslərin başlamasına 15 gün qalarkən bərk-bərk reklam etdiyi Üniversitetin müraciətinə "hə” demir? Arif niyə gözdən itib? Lap Qubad yoxdu - "Təhsil Fondu” guya humanist bir layihə idi axı – niyə Cəmillə ələ-ələ verib həmin ideyanı gerçəkləşdirməyə çalışmır?

Çünki kisənin ağzı bağlanıb. Çünki "kisəçi”lərin hətta özləri hazırda girməyə siçan dəliyi axtarır.

Radikal müxalifət ünsürləri, AXCP Ali Məclisinin sessiyasını 700 min avroluq bağ evində keçirənlər, bu dünyanın gəlib-gedən ən böyük diktatorlarına meydan oxuyacaq təfəkkür sahibləri! Danışanda ancaq söz azadlığından, demokratiyadan danışırsız. Boş-boş. Amma Tofiq Yaqublu öz feysbuk statusunda dövlətə "tövlət”, dövlətçiliyə "tövlətçilik” deyir, Şərəf ordeni alanları "bişərəf” adlandırır və buna susursunuz! Üstəlik, anlamırsınız ki, sizin nəinki söz, hətta təhqir azadlığınıza belə toxunan yoxdur! Başa düşmürsünüz ki, artıq cinayət məcəlləsi belə sizi fərd, canlı olaraq qəbul etmir! Fərqində deyilsiniz ki, erməni lobbisinin, FETÖ-nun, hansısa başıpozuq "iş adamı”nın pulu ilə çox uzağa getmək olmaz...

Tövlə isə onu söyləyənin beynidir, təfəkkürüdür, mənsub olduğu siyasi çevrədir!

Elşən Musayev
Milli Məclisin deputatı




Xəbər 1389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR