Saakaşvilinin vəziyyəti PİSLƏŞDİ

Saakaşvilinin vəziyyəti PİSLƏŞDİ
  • DÜNYA

Saakaşvilinin vəziyyəti pisləşib.
Aktual.az xəbər verir ki, bu barədə Gürcüstanın ictimai müdafiəçisi Nino Lomcariya məlumat verib.
O, siyasətçiyə baş çəkib və vəziyyəti ilə tanış olub.
"Eks-prezident Mixail Saakaşvilinin səhhətinin ötən illə müqayisədə pisləşdiyini başa düşmək üçün onun vizual müayinəsi kifayətdir”, – deyə Lomcariya bildirib.
Onun sözlərinə görə, Saakaşvili nəzərəçarpacaq dərəcədə arıqlayıb, o, danışmaqda çətinlik çəkir, çox danışa bilmir.
"Mən onunla 10 dəqiqəyə yaxın danışdım. Çünki başa düşürəm ki, onun üçün daha çox danışmaq çətindir. Mən həkim deyiləm, amma onun yanvarda Qori xəstəxanasında necə olduğunu xatırlayıram. Vizual fərq diqqəti çəkir. Sağlamlığın vəziyyətinin kəskin şəkildə pisləşdiyini əyani şəkildə görmək olar. O, nəzərəçarpacaq dərəcədə arıqlayıb”, – Lomcariya deyib.(konkret.az)


Xəbər 204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR