"S-400"-lərin Türkiyəyə tədarükünün vaxtı açıqlanıb


"S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün icrasına 2 aydan sonra başlanılacaq.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın "Rostec” dövlət şirkətinin rəhbəri Sergey Çemezov bildirib.
Bildirilir ki, belə bir açıqlama Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində verilib. Çemezovun sözlərinə görə, artıq kredit verilib, avans ödənişlər edilib: "Kredit vəsait xərclənib, texnika istehsal edilib”.
O, həmçinin qeyd edib ki, Rusiya tərəfi türk mütəxəssislərin "S-400” üzrə təlimlərini də başa çatdırıb.
 
Aktual.az
Xəbər 164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR