Ryabkov: ABŞ-ın bu planına hərbi cavab veriləcək

Ryabkov: ABŞ-ın bu planına hərbi cavab veriləcək

Pentaqonun Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planları ilə əlaqədar Rusiya təhlükəyə hərbi cavab tədbirləri hazırlayacaq.
Aktual.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Soyuq müharibədən sonra vəziyyət kəskin şəkildə dəyişib və bu hərəkətlər, gələcəkdə hansısa danışıqların baş tutmasından asılı olmayaraq, ilk növbədə ölkəmizin təhlükəsizliyinə zərər vurmağa yönəlib. Bu, sadəcə olaraq, eskalasiya kursunun həlqəsidir, qorxu elementlərindən biridir və bu gün NATO və ABŞ-ın Rusiya istiqamətində demək olar ki, əsas komponentidir. Əsəblər olmadan, emosiyalar olmadan, ilk növbədə, yeni təhlükəyə hərbi cavab hazırlayacağıq”, - o bildirib.
Xəbər 150 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR