Xalq artisti Röya Ayxan telekanallardan gileylənib.
Aktual.az xəbər verir ki, müğənni kanalların yerli müğənnilərin kliplərini ödənişsiz yayımlamadığını bildirib. ATV telekanalının əcnəbi klip yayımladığı görüntünü paylaşan Röya bunları əlavə edib:
"Təsadüfən 20 dəqiqədir ki, bizim kanalı izlədim. Anladım ki, keçən müddət ərzində heç nə dəyişməyib. 20 dəqiqə ərzində cəmi bir azərbaycanlı müğənni gördüm. Hər kəsə pulsuz olar, özümüzdən başqa".
Xəbər 172 dəfə oxunub.