Rüşvət almaqda ittiham olunan polis müstəntiqi ifadə verib

Rüşvət almaqda ittiham olunan polis müstəntiqi ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi olmuş Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində ifadə verən Məhbubə Məmmədova deyib ki, həbsdə olan oğlunun azadlığa buraxılması üçün Bəhruz Quliyevə 5 min manat verib.
Digər zərərçəkən Dəyanət Əliyev isə bildirib ki, həbs edilən qardaşının cinayət işindən ötrü müstəntiq 15 min manat istəsə də, ona 7 min manat pul verib.
Cinayət işində zərərçəkən kimi tanınan Telman Əliyev də oğlunun cinayət işinə xitam verilməsi üçün keçmiş müstəntiqə 3 dəfəyə 5 min manat verdiyini deyib.
Zərərçəkən Elvin Novruzov isə bildirib ki, hərbi xidmətdən qayıdandan sonra polisə işə düzəlmək istəyib. B.Quliyevə onu 6 500 manata polis orqanlarına düzəldəcəyini vəd edib və pulu alıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, alınan pulların hamısını o mənimsəməyib: "Əlimdə sübut yoxdur. Ona görə də həmin adamın adını çəkə bilmirəm”.
Məhkəmə prosesi iyunun 19-da davam etdiriləcək.
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi olmuş Bəhruz Quliyev Cinayət Məcəlləsinin 311.3.2-ci (Təkrar rüşvət alma), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (Külli-miqdarda dələduzluq) maddələri ilə ittiham edilir.


Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR