Rusiyanın NTV kanalının jurnalistləri Türkiyədə saxlanıldı

Rusiyanın NTV kanalının jurnalistləri Türkiyədə saxlanıldı
  • DÜNYA

Türkiyədə NTV-nin "Mərkəzi Televiziya” proqramının əməkdaşları yerli hakimiyyət orqanları tərəfindən saxlanılıb. 

Aktual.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu haqda NTV kanalının mətbuat xidməti məlumat verib. Xəbərdə qeyd olunur ki, Aleksey Petruşko və İvan Malışkin dünən dekabrın 3-də, səhər vaxtı İstanbul ətrafı ərazilərdən birində polis tərəfindən tutulduqlarını redaksiyaya çatdırıblar.


Bundan sonra Petruşko axşam saat 9 radələrində hələ sərbəst buraxılmadıqları barədə bir mesaj göndərib. Rus jurnalistlər bundan sonra bir daha əlaqə qurmayıblar.


Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkiyədəki Baş Konsulluğu bu məsələni araşdırmağa başlayıb.
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR