Rusiyanın İqtisadi İnkişaf naziri Azərbaycana səfərə gələcək

Rusiyanın İqtisadi İnkişaf naziri Azərbaycana səfərə gələcək

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin sentyabrın sonlarında Azərbaycana səfər edəcək.

"Report”un Rusiya bürosunun məlumatına görə, M.Oreşkin sentyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan və Rusiya arasındakı İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak edəcək.
Xatırladaq ki, M.Oreşkin Rusiya tərəfdən bu komissiyanın həmsədridir. Azərbaycan tərəfdən isə həmsədr İqtisadiyyat naziri Şahin Mustafayevdir.
Komissiyanın iclasında tərəflərin ticari-iqtisadi, o cümlədən mal dövriyyəsinin artırılması, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın inkişafı, regionlararası əməkdaşlıq, habelə əqli mülkiyyət, bankçılıq, kənd təsərrüfatı, sənaye, yanacaq-energetika, humanitar, mədəniyyət, turizm və təhsil sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.


Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR