Rusiyanın Ermənistanda daha bir hərbi baza yerləşdirməsi təklif edilir

Rusiyanın Ermənistanda daha bir hərbi baza yerləşdirməsi təklif edilir
  • DÜNYA

"Ermənistanın Sünik vilayətində (Zəngəzur) Rusiyanın yeni hərbi bazasının yaradılması ilə bağlı danışıqlara başlamaq lazımdır”.

"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının və parlamentdəki eyni adlı fraksiyanın lideri, deputat Edmon Marukyan dekabrın 23-də "Sputnik Armeniya”nın mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Qərbmeyilli siyasətçi sayılan partiya sədri iddia edir ki, Sünikin təhlükəsizliyini təmin etmək üçün Ermənistanda Rusiyanın ikinici hərbi bazasının yerləşdirilməsinə ehtiyac var.
Xatırladaq ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində 102 saylı hərbi bazası var.
Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR