Rusiyanın elit xüsusi təyinatlıları Ukraynada dəhşətli itkilər verib.
Aktual.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest”də dərc olunan məqalədə deyilir.
Bildirilir ki, Kreml bu bölmələrə ən mühüm vəzifələri - xüsusən də Ukrayna rəhbərliyinin sıradan çıxarılmasını tapşırıb. Amma onlardan cəbhə xəttində istifadə olunub.
Qeyd olunur ki, Rusiya xüsusi təyinatlıları əsasən Ukraynanın 2022-ci ildə həyata keçirdiyi əks-hücum zamanı xeyli itki verib.
Pentaqonun məlumatına görə, 2022-ci il fevralın 24-də müharibəyə daxil olan beş xüsusi təyinatlı briqadadan biri istisna olmaqla, hamısı ciddi itkilər verib.
Xəbər 225 dəfə oxunub.