Rusiyanın 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

Rusiyanın 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

Bu ilin avqustun 27-29 tarixlərində Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.

 Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib. Tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq. Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.
Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR