Rusiyalıların bu ölkəyə girişi qadağan ediləcək

Rusiyalıların bu ölkəyə girişi qadağan ediləcək

Ukrayna Xarici İşlər Nazirliyində rusiyalıların biometrik pasportlarla ölkə ərazisinə girişinin tətbiqi üzərində iş gedir.

Publika.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda nazirliyin departament direktoru Aleksey Makeyev bildirib
"İş başlandı. Xarici İşlər Nazirliyi bu məsələni yalnız dövlət və hökumət səviyyəsində müzakirə etmir, həmçinin ekspertlər və vətəndaş cəmiyyətinin nümayəndələri cəlb edilib. Rusiyalıların biometrik pasportlarla ölkə ərazisinə buraxılması seçimlərdən biridir. Qərar hələ qəbul edilməyib”, - o deyib.
Onun sözlərinə görə, variantlardan biri Rusiya vətəndaşlarının bəzi kateqoriyalarının girişinə məhdudiyyətlərin tətbiqi ola bilər.
Daha əvvəl bildirilib ki, Ali Rada iyulda Rusiya ilə viza rejimi haqqında məsələnin müzakirəsini isgtisna etmir. Rusiyalı ekspertlər hesab edir ki, Rusiya ilə viza rejiminin tətbiqi Ukrayna daxilində iqtisadi situasiyanın pisləşməsinə gətirib çıxaracaq.

Aktual.az
Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR