Rusiyalı komandirdən ETİRAF: “Tarixdə belə şey olmayıb”

Rusiyalı komandirdən ETİRAF: “Tarixdə belə şey olmayıb”
  • DÜNYA

"Müasir Rusiya heç vaxt belə intensivlikdə hərbi əməliyyatlara şahid olmayıb”.
Bu sözləri Rusiya Federasiyasının Ukraynadakı Birləşmiş Qoşunlar Qrupunun komandanı Valeri Gerasimov deyib.

Onun sözlərinə görə, Rusiyadakı səfərbərlik sistemi Qərbin sanksiyalarına və sanksiyalardan sonra yaranan iqtisadi problemlərə tam uyğunlaşdırılmayıb.
"Qeyd etmək zəruridir ki, ölkəmizdə səfərbərlik hazırlığı sistemi yeni müasir iqtisadi münasibətlərə tam uyğunlaşdırılmayıb. Ona görə də hər şeyi yerində düzəltmək lazım gəldi”, - deyə Gerasimov bildirib.
O qeyd edib ki, səfərbərlik zamanı Baş Qərargah 300 minə yaxın rusiyalını hərbi xidmətə cəlb etməyə nail olub.
Gerasimov eyni zamanda vurğulayıb ki, müasir Rusiya tarixi boyu heç vaxt bu intensivlikdə hərbi əməliyyatlara şahid olmayıb.

Xəbər 173 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR