Rusiyadan Ermənistana Avropa İttifaqının missiyası ilə bağlı xəbərdarlıq

Rusiyadan Ermənistana Avropa İttifaqının missiyası ilə bağlı xəbərdarlıq
  • DÜNYA

Rusiya sülhməramlı kontingenti və Rusiya sərhədçiləri Avropa İttifaqı müşahidəçilərinin gəlişinə "yerdəki" vəziyyəti nəzərə alaraq cavab verəcəklər.

Aktual.az bildirir ki, bunu Rusiya XİN bəyan edib. Nazirliyin bəyanatında deyilir ki, Rusiyanın Cənubi Qafqazla bağlı prinsipial mövqeyi dəyişməyib.

Qeyd olunub ki, bölgədə sabitlik və təhlükəsizlik üçün əsas faktor üçtərəfli saziş əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Rusiya Federasiyasının sərhəd mühafizəsi olaraq qalır.

Qeyd olunub ki, İrəvanda KTMT missiyası istiqamətində işi məntiqi sonluğa çatdırmadan Aİ-nin xeyrinə seçim etməyə üstünlük verdilər. O da vurğulanıb ki, əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər. Rusiya XİN bildirib ki, Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması yalnız regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər. Əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiyalarının iş şətaitini Azərbaycanla razılaşdırardılar.(musavat)


Xəbər 620 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR