Rusiyadan Azərbaycana qanunsuz yolla papirosların keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qanunsuz yolla papirosların keçirilməsinin qarşısı alınıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21110" avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1375 ədəd "Belomorkanal" papirosları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 46 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR