Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatdı

  Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatdı
  • DÜNYA

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

Qaynarinfo xəbər verir ki, məlumatı "RİA Novosti” yayıb.

11.50
 
Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Aktual.az Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.
 
 
 11.32
 
Rusiyada universitetdə atışma olub.

Aktual.az qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə Perm şəhərində baş verib.

Belə ki, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Bildirilir ki, bir neçə nəfər pəncərədən tullanaraq qaçıb. 

Hadisə zamanı bir nəfərin yaralandığı deyilir.
Xəbər 835 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR