Rusiyada Twitter 24, Facebook və Google 20 milyon cərimələnə bilər

Rusiyada Twitter 24, Facebook və Google 20 milyon cərimələnə bilər

Rusiyada Twitter, Google və Facebook-u Roskomnadzorun istəyi ilə qadağan edilmiş məlumatların silinməsini rədd etdiklərinə görə yeni böyük cərimələr gözləyir.

Aktual.az TASS-a istinadla bildirir ki, məhkəməyə istinadən verilən xəbərə görə, xüsusən Twitter daha 24 milyon rubl, Google və Facebook isə 20 milyon rubl cərimə edilə bilər.

2 apreldə Moskva məhkəməsi Twitter-i yeniyetmələri qanunsuz aksiyalarda iştirak etməyə çağıran məlumatların silinməməsinə görə 3,2 milyon rubl, daha sonra isə 3,3 milyon rubl cərimə edib. Şirkət Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi - "Məlumat əldə etmənin məhdudlaşdırılması prosedurunun pozulması”na əsasən təqsirli bilinir.

Xatırladaq ki, Roskomnadzor mart ayının əvvəlində Twitter trafikini məhdudlaşdırıb.
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR