Rusiyada qar uçqunu olub, 7 turist ölüb

Rusiyada qar uçqunu olub, 7 turist ölüb

Rusiyada Altay dağlarında qar uçqunu nəticəsində 7 turist ölüb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.
Hadisə mayın 6-da Cənub Çuy dağ silsiləsində baş verib.
Qar uçqunundan sağ qurtulan iki nəfər isə mayın 8-də Koş-Ağac kəndinə çatıblar. Onlar rabitə əlaqəsi olmadığından qar uçqunu barədə məlumat ötürə bilmədiklərinin deyiblər.
Məlumata görə, mayın 8-də 7 nəfərin meyitini axtarmaq üçün hadisə yerinə helikopter göndərilib. 
Turistlər Rusiyanın Novosibirsk şəhərinin sakinləridir. 
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR