Rusiyada “qanuni oğru”lara verilən cəzalar sərtləşdirildi - YENİ QANUN

Rusiyada “qanuni oğru”lara verilən cəzalar sərtləşdirildi - YENİ QANUN

Rusiyanın Dövlət Duması üçüncü oxunuşdan sonra "qanuni oğru"lara cəza verilməsi barədə qanun layihəsini qəbul edib.

Aktual.az ölkə.az-a istinadən bildirir ki, qanun cinayət qruplaşmalarının liderlərinin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Sənədə əsasən, əgər "qanuni oğru" cinayət ierarxiyasında yüksək mövqe tutursa, 8-15 il azadlıqdan məhrum etmə cəzası və 5 milyon rubl cəriməyə məhkum edilə bilər.
Bundan sonra "qanuni oğru"lara şərti cəza vermək və minimum cəza ilə həbsxanaya göndərmək mümkün olmayacaq. Bundan başqa cinayət "razborkaları"nda iştirak etmək də 12-20 il həbs cəzası və 1 milyon rubl cərimə ilə nəticələnə bilər.

Təkcə ötən il Rusiyada 36 "qanuni oğru" saxlanılıb. Onlardan 8-i deport edilib. Hazırda 77 "qanuni oğru" həbsdədir. Bu isə Rusiya ərazisində fəaliyyət göstərən kriminal bossların üçdə biri deməkdir.
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR