Rusiyada İŞİD-ə pul toplamaqda şübhəli bilinən dəstənin üzvləri tutulublar

Rusiyada İŞİD-ə pul toplamaqda şübhəli bilinən dəstənin üzvləri tutulublar
  • DÜNYA

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terrorçu İŞİD qruplaşmasına pul toplayan bir qrupu tutub.

"Report” RT-yə istinadən xəbər verir ki, bu barədə FTX-dən bildirilib.
"Tomsk vilayəti ərazisində terrorçu İŞİD qruplaşmasının maraqlarına maliyyə yardımı göstərilməsi üçün pul toplamaqda iştirak edən dəstənin fəaliyyəti aşkarlanıb”, - məlumatda vurğulanıb.
Qeyd olunub ki, tutulanlar "Telegram”ın bağlı çatlarında İŞİD-ə yardım məqsədi ilə bank kartları və terrorçular üçün pul ödəmə xidmətlərinin rekvizitlərini paylaşım ediblər.
Onlar terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar.  
 
Aktual.az
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR