Rusiyada atışmada ölənlər arasında Azərbaycan vətəndaşı var? (RƏSMİ AÇIQLAMA)

Rusiyada atışmada ölənlər arasında Azərbaycan vətəndaşı var? (RƏSMİ AÇIQLAMA)

Rusiyada universitetdə atışmada ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Aktual.az Trend-ə istinadla xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olması barədə məlumat daxil olmayıb və məsələni Azərbaycanın Rusiyadakı səfirliyi nəzarətdə saxlayır.

Qeyd edək ki, Rusiyanın Perm şəhərində universitetdə baş verən silahlı insident nəticəsində 8 nəfər ölüb, 10-dan çox yaralı olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.
Xəbər 1179 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR