Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı 12 faiz artıb

Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı 12 faiz artıb
  • DÜNYA

Rusiyada 2019-cu ilin ilk 9 ayı ərzində alkoqoldan zəhərlənərək ölənlərin sayı ötən ilin hesabat dövrü ilə müqayisədə 11,9 faiz artıb.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya milli alkoqol siyasətini hazırlayan mərkəz bildirib.
Bildirilib ki, 2019-cu ilin ilk 9 ayında alkoqoldan təsadüfi zəhərlənərək 5 min 10 nəfər ölüb.
Məlumata görə, hazırda Rusiyada hər 100 min nəfərə alkoqoldan zəhərlənərək 4,6 min ölən düşür.
Mütəxəssislərin hesablamalarına görə, bu göstərici Yaroslav, Lipetsk, Yəhudu Muxtar Vilayəti və başqalarında artıb, ancaq Kostroma vilayətində 8 faiz, Başqırdıstanda isə 30 faiz azalıb.
Moskvada alkoqoldan zəhərlənərək ölənlərin sayı 28 faiz azalsa da, Sankt-Peterburqda onların sayı əksinə, 1,5 dəfə artıb.
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR