"Rusiya yeni hücum planlaşdırır" - Zelenski

  • DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya yeni raket zərbələri endirəcəyini bəyan edib və öz vətəndaşlarını elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib.
 
Aktual.az xəbər verir ki, o, bu barədə Ukrayna xalqına videomüraciətdə deyib. 
 
"Biz başa düşürük ki, terrorçular növbəti hücumlar planlaşdırırlar. Təəssüf ki, raketləri olduğu müddətdə onlar sakitləşməyəcəklər", - deyə Zelenski ifadə  edib.  

Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin kəsilməsinə diqqət çəkən Ukrayna prezidenti növbəti həftənin də əvvəlki həftə kimi çətin ola biləcəyini bildirib.
 
Zelenskinin sözlərinə Moskvadan heç bir cavab verilməyib.




Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR