Rusiya XİN Azərbaycanla münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib

Rusiya XİN Azərbaycanla münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib

Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından çıxıb və yüksələn xətlə inkişaf edir.
Aktual.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini İqor Neçayev bu gün keçirdiyi brifinqdə "Dəyişən dünya fonunda tərəfdaşlıq baxımından bu gün Azərbaycanla münasibətlərin Rusiya üçün nə kimi əhəmiyyəti var?” sualına cavabında bildirib.
"Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından keçib və yüksəlişdədir. Bu il fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə ölkələrimiz əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldi. Çox aktiv əlaqə qrafikimiz var”, - rusiyalı diplomat vurğulayıb.
O, bu gün Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Azərbaycana səfər etdiyini xatırladıb.


Xəbər 189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR