Rusiya xarici valyuta ehtiyatlarının satışına başlayıb

Rusiya xarici valyuta ehtiyatlarının satışına başlayıb

Beynəlxalq birjalarda neftin qiymətinin kəskin enməsindən sonra Rusiya Mərkəzi Bankı rublun məzənnəsinin sürətlə dəyərdən düşməsinin qarşısını almaq üçün son 5 ildə ilk dəfə xarici valyuta ehtiyatlarını satmağa başlayıb.

"Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Rusiya valyuta satışına ehtiyatlar üçün gündəlik valyuta alışlarını 30 gün müddətinə təxirə salma qərarından sonra başlayıb. Bank həmçinin maliyyə sabitliyini qorumaq üçün əlavə vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib.
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR