Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlim keçirib

Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlim keçirib

Rusiyanın Qara dəniz Hərbi Donanmasının gəmiləri Türkiyə Hərbmi-Dəniz Qüvvələri ilə birgə hərbi təlimdə iştirak edib.


ONA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya və Türkiyənin PASSEX  birgə hərbi təlimində Rusiyanın "Vasıliy Bıkov” patrul və minaaxtaran "Valentin Pikul” gəmiləri, Türkiyənin "Burqazada” korveti  və "Akçay” minaaxtaran gəmiləri iştirak edib.

Hərbi təlimdə Qara dəniz akvatoriyasında birgə hərəkət  və mümkün minalanmış zonaların axtarışı həyata keçirilib

Qeyd edək ki, türk hərbçilər Türkiyə Hərbi Dəniz Donanmasının 6-8 mart tarixlərində keçirdiyi "Mavi Vətən 2019” hərbi təlimi çərçivəsində Rusiyanın Novorossiysk limanına  gəliblər. Limana baş çəkmək hərbi manevrin elementlərindən biridir.

Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR