Rusiya Ukraynaya neft və neft məhsullarının ixracını dayandırıb

Rusiya Ukraynaya neft və neft məhsullarının ixracını dayandırıb

Rusiya hökuməti neft və neft məhsullarının Ukraynaya ixracına qadağa qoyub.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın tətbiq etdiyi məhdudiyyətlərə cavab tədbirləri barədə Rusiya hökumətinin iclasında Baş nazir Dmitri Medvedyev deyib.
O, Ukraynadan idxalı məhdudlaşdırmağa davam etdiklərini də bildirib: "Rusiyaya müəyyən mal növlərinin gətirilməsinə qadağanı genişləndiririk. Belə tədbirlər Ukraynanın ötən il 250 milyon dollara yaxın həcmində idxal etdiyimiz maşınqayırma, metal emalı, yüngül sənaye məhsullarına şamil olunur”.
Hökumət başçısı, həmçinin bəzi yerli məhsulların, o cümlədən neft və neft məhsulların, kömür kimi enerji daşıyıcılarının Ukraynaya ixracına iyunun 1-dən etibarən xüsusi icazə ilə yol veriləcəyini diqqətə çatdırıb.
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR