Rusiya Ukraynada nə qədər canlı qüvvə və texnika itirib? - RƏQƏMLƏR

Rusiya Ukraynada nə qədər canlı qüvvə və texnika itirib? - RƏQƏMLƏR
  • DÜNYA

"Rusiya işğalçıları tempi azaltsa da, Ukraynada müxtəlif istiqamətlərdə uğur əldə etməyə səy göstərirlər”.

Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib: "Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”.

Nazirliyin informasiyasına görə, fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib.

"Düşəmən demoraliza olunub və böyük itkilər verir. Onlar arasında fərarilik və tabesizlik halları artıb. İşğalçılar bizdən qorxur. Ukraynanın müdafiəsi gücləndirilib”, - Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
 
Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar isə Rusiyanın itkilərini açıqlayıb.

Onun sözlərinə görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiyanın qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.

O, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvənin itirdiyini bildirib.
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR