Rusiya Türkiyəyə öz mülki təyyarələrini almağı təklif edib

Rusiya Türkiyəyə öz mülki təyyarələrini almağı təklif edib
  • DÜNYA

Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası Türkiyə hava yollarına Rusiya istehsalı olan "MS-21” və "Sukhoi SuperJet” mülki təyyarələrini almağı təklif edib.

APA "Interfax”a istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Yuri Slyusar bildirib.
"Biz "MS-21” və "Superjet 100” təklif etməyə hazır olduğumuz bir sıra hava yolları ilə görüşlər keçirdik. Bundan əlavə, Türkiyə yüksək inkişaf etmiş sənaye ölkəsi kimi əməkdaşlıq layihələrində maraqlı ola bilər”, – deyə Slyusar qeyd edib.
Danışıqlar İstanbuldakı "TEKNOFEST” Aviasiya, Kosmik və Texnologiya Festivalı çərçivəsində aparılıb.


Xəbər 221 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR