Rusiya “Qırmızı Xaç”dan kömək istədi: Ukraynadakı rus hərbi əsirlər...

Rusiya “Qırmızı Xaç”dan kömək istədi: Ukraynadakı rus hərbi əsirlər...

Rusiyanın insan haqları üzrə komissarı Tatyana Moskalkova Beynəlxalq Qırmızı Xaç Komitəsini Ukraynada rusiyalı hərbi əsirlərin axtarışına kömək etməyə və onlara yardım göstərməyə çağırıb.

Qaynarinfo Pravda.com.ua-ya istinadla xəbər verir ki, bu haqda Rusiya Ombudsmanının saytının məlumatında bildirilir.

Rusiya Federasiyasındakı insan haqları üzrə ombudsmanının saytı yazır: 

"Moskalkova Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurerə və BQXK-nın Ukraynadakı missiyasının rəhbəri Florans Jillettə müraciət edib.

Ukraynada əsir götürülmüş rus hərbçilərinin yaşayış yerlərinin müəyyən edilməsinə və beynəlxalq hüquq çərçivəsində hüquqlarının, o cümlədən tibbi yardım hüququna təminat verilməsinə köməklik göstərilməsi xahişi ilə müraciət edib”.

Rusiya ombudsmanının saytında həmçinin bildirilir ki, Moskalkova Ukrayna ombudsmanı Lüdmila Denisovaya müraciət edərək onu əsir götürülmüş rus əsgərlərinə "işgəncə verilməsinin qarşısını almaq üçün tədbirlər görməyə” çağırıb.

Sayt vacib detal kimi qeyd edir: "Ukraynaya döyüşmək üçün göndərilən rus əsgərləri özləri təslim olurlar. Ukrayna onlara tibbi yardım göstərir və yaxınlarına zəng etmək imkanı yaradır. Ukrayna da məhbuslar haqqında məlumat toplayır və xüsusi internet saytında dərc edir ki, onların yaxınları övladlarını, atalarını və nəvələrini tapa bilsinlər. Məhkumlar yaxınlarına zənglər zamanı bildirirlər ki, onlarla yaxşı rəftar olunur, tibbi yardım göstərilir, yemək verilir, isinirlər. Bütün bunlar foto və videolarda çəkilib.

Bununla belə, Rusiya öz vətəndaşlarının etibarlı informasiyaya çıxışını əngəlləyir; torpaqlarımızda öldürülən rus əsgərləri və hərbi əsirlər haqqında foto və videolar dərc edən ukrayna saytlarını bloklayır - eyni zamanda özü heç nə etmir ki, rus anaları ölmüş oğullarını evlərinə gətirsinlər; öz telekanallarından Ukraynada guya "nasistlər və narkomanlar” haqqında təbliğat aparır və müharibəyə etiraz etməyə çıxan insanları kütləvi şəkildə həbs edir”.
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR