Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı ÜSTƏLƏYİR

Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı ÜSTƏLƏYİR

Mərkəzi Kəşfiyyat İdarəsinin və ABŞ müdafiə güclərinin gəldiyi nəticəyə görə, Rusiyanın nüvə silahları ABŞ-la müqayisədə daha güclüdür.
 
Aktual.az Modern.az
-a istinadən xəbər verir ki, bu haqda "SofRep” portalında yazı dərc edilib.
ABŞ müdafiə qüvvələrinin keçmiş əməkdaşları müxtəlif nüvə bombalarının gücünü müqayisə ediblər. Onların məlumatına görə, 2-ci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyaya atdığı nüvə bombaları 15 və 21 kiloton gücə malik olublar.
 
Yazı müəllifləri qeyd ediblər ki, Şimali Koreyanın ən dağıdıcı bombası 250 kiloton gücə malikdir. Lakin ABŞ-ın "Minitmen” qitələrarası ballistik raketlərinin döyüş başlıqlarının dağıdıcı gücü 475 kilotondur.
 
Məqalədə bildirilib ki, Rusiyanın ən yeni nüvə silahları başqa ölkələrdən olan analoqları əhəmiyyətli dərəcədə üstələyir.
Məsələn, "Sarmat”ın gücü 50 min kilotona yaxındır, "Status-6” torpedosunun gücü isə 100 min kilotona bərabərdir.
 
Mütəxəssislər vurğulayıblar ki, bu göstəricilərə görə Rusiyanın nüvə silahlarının dağıdıcı gücü Amerika nüvə silahlarını üstələyir
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR