Rusiya MN Ukrayna tərəfinin hərbi itkilərini açıqlayıb

Rusiya MN Ukrayna tərəfinin hərbi itkilərini açıqlayıb

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək 2300-dən çox tankı və digər zirehli texnika məhv edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 139 təyyarə, 483 pilotsuz uçuş aparatı (PUA), 250 zenit-raket kompleksi, 2326 tank və digər zirehli döyüş texnikası, 254 reaktiv yaylım atəşi sistemi, 1004 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2184 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - Rusiya MN sözçüsü vurğulayıb.
Xəbər 768 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR