Rusiya Kurskda ən böyük əks-hücuma başladı

Rusiya Kurskda ən böyük əks-hücuma başladı
  • DÜNYA

Rusiya ordusunun əks-hücumu oktyabrın 10-u baş tutub və Ukrayna qüvvələrinin avqustun əvvəlində təxminən 1000 kvadratkilometr ərazini ələ keçirdiyi Kursk vilayətinin Suca və Korenevsk rayonlarına təsir edib.
Aktual.az xəbər verir ki, bu barədə Z-hərbi müxbirləri və Ukrayna OSINT analitikləri məlumat yayıb.
Rusiya MN-ə yaxın Teleqram kanalları bildirir ki, Rusiya ordusu Lyubimovka kəndi ərazisində Ukrayna qüvvələrinin müdafiəsini yarıb, bundan sonra rus qoşunları Ukrayna ordusunun iki batalyonunu mühasirəyə ala bilib:
"Ukrayna silahlı qüvvələri Suca istiqamətinə əlavə qüvvələr ötürür. Rusiya ordusu Korenevsk rayonunda irəliləməyə davam edir, Zelyonı Şlyax ferması ərazisində döyüşlər gedir”.
OSINT layihəsinin analitikləri də bu məlumatı təsdiqləyib. Onların məlumatına görə, rus qoşunları Ukrayna qüvvələrinin Kursk qrupunun sol cinahını yarıb:
"Rusiya ordusu hazırda Novoivanovka və Zelyonı Put yaşayış məntəqələri ərazisində möhkəmlənməyə çalışır. Rus qoşunları təxminən yeddi kilometr dərinliyə nüfuz edə bilib”.
Qeyd edək ki, Ukrayna qüvvələrinin baş komandanı Aleksandr Sırski Rusiya ordusunun Kursk vilayətinə başqa cəbhələrdən 50 minə yaxın hərbçi köçürdüyünü bildirmişdi.
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR