Rusiya İrpeni tam işğal edib? – Mer cavab verdi

Rusiya İrpeni tam işğal edib? – Mer cavab verdi

Kiyev vilayətinin İrpin şəhərinin bir hissəsi işğalçılar tərəfindən ələ keçirilib, digər hissəsi isə düşmənlə döyüşür.

Qaynarinfo xəbər verir ki, bu haqda İrpinin meri Aleksandr Markuşin Facebook-da məlumat verib.

 Onun yazdığına görə, bu gün onlar yerli sakinlərin təxliyyəsini davam etdirməyə çalışacaqlar.

"Bu gün saat 10:00-da İrpindən uşaq, qadın və qocaların növbəti təxliyyəsi baş tutacaq. Avtobuslar Romanovkada (İrpen mikrorayonu - UNİAN) gözləyəcək və insanları Kiyev dəmir yolu vağzalına aparacaq", - Markuşin yazıb.

Bundan əvvəl mer İrpinin öz mövqelərini itirməsi ilə bağlı məlumatları təkzib etmişdi.

"İrpinin bir hissəsi həqiqətən də rus işğalçıları tərəfindən ələ keçirilib, lakin İrpenin qalan hissəsi döyüşür və mövqelərini tərk etmir! Mən hamının başa düşməsini istəyirəm ki, bu, rəsmi məlumatdır", - Markuşin bildirib.
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR