Rusiya İrəvana “nəsə etməyə” məcburdur – Markov

Rusiya İrəvana “nəsə etməyə” məcburdur – Markov

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan KTMT-dən çıxmağı planlaşdırır. Eyni zamanda o, Rusiyanı da təhqir edib, KTMT üzvlərinin İrəvan qarşısında öhdəliklərini yerinə yetirmədiyini, əksinə, Azərbaycanla birgə Ermənistana qarşı müharibə planlaşdırdıqlarını bildirib.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Teleqram kanalında deyib.
"Ermənistan rəhbərliyinin Rusiyaya qarşı bu böhtanı Rusiyanı təxribata çəkmək məqsədi daşıyır. İrəvan rəhbərliyinin bu cür antirusiya bəyanatları, hərəkətləri artıq neçə aydır ki, hər gün, axınla gəlir. İndiyə qədər Rusiya qısa və mülayim şəkildə "bu yenə doğru deyil” üslubu ilə cavab verib. Amma sonunda Rusiya nəsə etməyə məcbur olacaq”, - o bildirib.
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR