Rusiya Instagram-ı qadağan olunmuş saytların reyestrinə saldı

Rusiya Instagram-ı qadağan olunmuş saytların reyestrinə saldı

Roskomnadzor rəsmi olaraq Instagram sosial şəbəkəsini (Meta-ya məxsusdur) qadağan olunmuş saytların reyestrinə daxil edib.

Qaynarinfo xəbər verir ki, Rusiyada Instagram-ın bloklanması bazar günü Uzaq Şərq regionlarından başlayıb və Moskva vaxtı ilə bazar ertəsi gecəsi başa çatıb.

Instagram.com saytına girişin məhdudlaşdırılması Rusiya Federasiyası Baş Prokurorluğunun 11 mart 2022-ci il tarixli tələbinə uyğun olaraq verilib. Bu, Rusiya mediasının məlumatına görə, Facebook və Instagram-ın bəzi ölkələrdə istifadəçilərə müvəqqəti olaraq Rusiya ordusuna qarşı zorakılıq çağırışı etməyə icazə verməsi xəbərindən sonra baş verib.

Bununla belə, VKontakte və Yandex öz istifadəçilərinin köməyinə gəlib və bloklanmış sosial şəbəkədən fotoşəkilləri yükləmək üçün xidmətlər yaradıblar.
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR