Rusiya ilə İran arasında birbaşa hesablaşmalar sistemi yaradılır

Rusiya ilə İran arasında birbaşa hesablaşmalar sistemi yaradılır
  • DÜNYA

Rusiya ilə İran üçüncü ölkələrin sanksiyalarından qorunmaq üçün birbaşa hesablaşmalara əsaslanan ayrıca maliyyə əlaqələri sistemi yaradır.

"Report” RİA "Novosti”yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, milli valyutalarla hesablaşmalar aparmaqla Rusiyanın maliyyə məlumatları ötürmə sistemi ilə İranın telekommunikasiya maliyyə sistemi – SEPAM arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıldığını açıqlayıb. Bu sistem SWIFT beynəlxalq banklararası məlumat ötürmə və ödəniş sisteminə alternativ olaraq yaradılır.
 
Aktual.az
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR