“Rusiya Gürcüstanla viza rejiminin ləğvinə hazır idi” – Qriqori Karasin

“Rusiya Gürcüstanla viza rejiminin ləğvinə hazır idi” – Qriqori Karasin

"Rusiya Gürcüstanla viza rejiminin ləğvinə hazır idi”.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya viza rejimini maksimum liberal edib: "Rusiyanın istənilən vətəndaşı Gürcütandan istədiyi şəxsi dəvət edə bilər. Rusiyaya səfər edən Gürcüstan vətəndaşlarının sayı ildən ilə artırdı”.
Gürcüstanda baş verən son hadisələrə münasibət bildirən XİN başçısının müavini deyib ki, ölkə gəncləri daxili siyasi mübarizəni antirusiya məcrasına məharətlə çevirə bilən təxribatçıların təsiri altına düşüb. "Mənə elə gəlir ki, indi Tbilisidə bunu hamı başa düşüb. Orada artıq emosiyalardan müəyyən çəkinmə başlayıb”.
Q.Karasin Gürcüstanda baş verənlərə Rusiyanın münasibətini tam adekvat adlandırıb: "Bu, tamamilə adekvat reaksiyadır. Bəli, reaksiya kəskindir, lakin başqa cür ola bilməz. Belə ki, söhbət yüz minlərlə rusiyalı turistdən gedir. Biz onları müxtəlif xuliqanlıq təzahürlərindən doğan təhlükəyə məruz qoya bilmərik. Xüsusən də bu düşmənçiliyi müəyyən siyasi qüvvələr daha da artırırlar”.
Xəbər 192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR