Rusiya gizli səfərbərliyə başladı, 100 minə yaxın hərbçi... - Ukrayna MN

Rusiya gizli səfərbərliyə başladı, 100 minə yaxın hərbçi... - Ukrayna MN

Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb.
 
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfərbərlik əsasən Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya ərazilərini əhatə edir:

"Ehtiyatda olan hərbçiləri həvəsləndirən maddi maraqdır. Rusiya hərbçiləri düşünürlər ki, onlar quldurluq və talançılıqla maddi durumlarını yaxşılaşdıra bilərlər.
Rusiya səfərbərliyə təxminən 60 min nəfərin cəlb olunacağını gözləyir. Onlar köhnəlmiş silahları anbarlardan çıxaracaqlar. Həmin silahların bəziləri 30 ildən çoxdur ki, istifadə olunmur. Ordumuz Donetsk və Luqansk vilayətlərində son sutkada Rusiyanın 7 hücumunu dəf edib. 2 zirehli texnika, 43 avtomobil və 1 minaatan məhv edilib. Eyni dövr ərzində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini - üç təyyarə (SU-34, SU-35 və İl-22 təyyarələri), bir helikopter və iki qanadlı raketi məhv edib”.
Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR