Rusiya Qara Dəniz Donanmasının demək olar ki, bütün gəmiləri indi Novorossiyskdə gizlənir, lakin məsələn, Xəzər və Aralıq dənizlərində də kifayət qədər çoxlu gəmisi var.
Aktual.az xəbər verir ki, bu sözləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk deyib.
Onun sözlərinə görə, sözügedən dənizlər bir-biri ilə kanallarla bağlıdır, ona görə də nəzəri olaraq ruslar bu bölmələri Azov-Qara dəniz bölgəsinə yenidən yerləşdirə bilərlər.
O bildirib ki, bir neçə gündür Qara dənizdə Rusiya gəmiləri görünmür:
"Ola bilsin ki, bu, sualtı qayıqlardakı texniki problemlər və ya hərbi əməliyyatlara baxmayaraq, yeni ilə hazırlıqla bağlıdır".
Eyni zamanda, o vurğulayıb ki, bir qrup Rusiya gəmisi daim Aralıq dənizindədir və onların mövcudluğu nəzərə alınmalıdır.
Xəbər 225 dəfə oxunub.