Rusiya Fövqəladə Hallar naziri təlimlər zamanı öldü

Rusiya Fövqəladə Hallar naziri təlimlər zamanı öldü

Norilskdə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçev təlim zamanı idarələrarası təlimdə bir şəxsi xilas edərkən həyatını itirib. Onun 55 yaşı vardı.

Aktual.az idarənin rəsmi məlumatlarına istinadla xəbər verir ki, nazir Rusiyanın Arktika zonasının ərazilərini fövqəladə hallardan qorumaq üçün təlimlərin başladığı Dudinkaya gedib. Krasnoyarsk Diyarının Qubernatoru Aleksandr Uss ilə birlikdə Norilskdə yeni bir yanğınsöndürmə stansiyasının tikintisinin gedişatını yoxlayıb.

Yevgeni Ziniçev 18 avqust 1966-cı ildə Leninqradda (indiki Sankt -Peterburq) anadan olub. Sankt-Peterburq Biznes və Hüquq İnstitutunun İqtisadiyyat fakültəsini və Maliyyə və Kredit fakültəsini bitirib. Orta məktəbi bitirdikdən sonra 1984-1986-cı illərdə Şimal Donanmasında hərbi xidmətə çağırılıb.
1987-1991-ci illərdə SSRİ DTK-nın xidmətində olub. Həm də Rusiya FSB-nin Mərkəzi Aparatında çalışıb və burada regional şöbənin müdiri olub.

1991-ci ildə Federal Təhlükəsizlik Xidmətində işləməyə başlayan Ziniçev 2006-2015-ci illərdə Prezident və Baş nazir Vladimir Putinin şəxsi təhlükəsizliyi xidmətində çalışıb.

Baş Qərargahın Hərbi Akademiyasında yenidən hazırlıq kursunu bitirdikdən sonra Ziniçev 2014-cü ildən FSB-nin Terrorla Mübarizə Xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2015-ci ildə FSB-nin Kalininqrad bölgəsi üzrə şöbənin müdiri təyin edilib.

2016-cı ildə Kalininqrad vilayətinin qubernatoru vəzifəsini icra edib. 2016-cı ilin oktyabrından 2018-ci ilin mayına qədər Rusiya FSB-nin direktor müavini olub.

18 may 2018-ci ildən Ziniçev Fövqəladə Hallar Nazirliyinə rəhbərlik etməyə başlayıb. Ondan qabaq bu vəzifədə Vladimir Puçkov işləyib.
Xəbər 613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR