Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir

Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün "IL-76” təyyarəsi ilə Azərbaycana doğru istiqamət alıblar.

"Report” Rusiya FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir.

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.

Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR