Rusiya Ermənistanın məxfi məlumatlarını Azərbaycana ötürür – İrəvanda TƏŞVİŞDƏ

Rusiya Ermənistanın məxfi məlumatlarını Azərbaycana ötürür – İrəvanda TƏŞVİŞDƏ

Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti ayırır.

Publika.az xəbər verir ki, Ermənistan mediası Rusiyanın verəcəyi silahların siyahısını Azərbaycana ötürəcəyi iddiası ilə çıxış edib.

Siyasi şərhçi Aram Amatuni yazır ki, hələlik hansı silahların veriləcəyi açıqlanmır.

"Lakin ehtimal ki, tezliklə Rusiya mediası bu silahların detallarına qədər bütün məlumatları dərc edəcək. Beləliklə, Azərbaycan Ermənistan ordusuna məxsus məxfi məlumatları əldə edəcək. İndiyə qədərki təcrübə göstərir ki, Rusiya Ermənistanın məxfi məlumatlarını məhz media üzərindən Azərbaycana ötürür”, - deyə o iddia edir.

A.Amatuni qeyd edir ki, silahlar haqda məlumatların yayılması Azərbaycana qabaqlayıcı tədbirlər görmək imkanı verir.

Onun sözlərinə görə, bundan əvvəl 200 milyon dollar silah kreditinin verildiyi zamanda bu baş vermişdi: "Rusiya mediası dərhal verilən silahların siyahısını dərc etdi və Ermənistana məxsus məxfi məlumatları Bakı əldə etdi. İstisna deyil ki, bu dəfə də eyni ötürmə prosesi baş verəcək. Lakin bizim hakimiyyətimiz Rusiyaya heç bir etiraz etmir, daha doğrusu edə bilmir”.
 
Aktual.az
Xəbər 1637 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR