Rusiya bu ölkələrlə uçuşları bərpa edir

Rusiya bu ölkələrlə uçuşları bərpa edir
  • DÜNYA

Rusiya daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edir. 

Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarusla, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb./APA
Xəbər 619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR