Rusiya aviaşirkəti Bakıya yeni reys açır

Rusiya aviaşirkəti Bakıya yeni reys açır

Rusiyanın "Nordstar" aviaşirkəti mart ayından Norilskdən Samara vasitəsilə Bakıya reyslər həyata keçirəcək.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, reyslər 2018-ci il martın 5-dən etibarən hər həftə icra ediləcək.
Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufadan uçur. Samaradan gəlməklə Bakıya reyslərin sayı həftədə iki dəfəyədək artacaq.

Yeni istiqamət üzrə reyslər "Boeing 737-800" təyyarələri ilə yerinə yetiriləcək.
 
Aktual.az 
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR