Rusiya "Avanqard" raket kompleksinin hazırlanmasını başa çatdırdı

Rusiya

Strateji təyinatlı raket qoşunları rəhbərliyi "Avanqard" hipersəsli raket komplekslərinin qəbul edilməsi üçün məntəqələri hazırlamağa başlayıb.

Trend-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu tədbirlərin ölkənin hərbi təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyini bəyan edib.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Rusiya müdafiə-sənaye kompleksi yenilənmiş "Avanqard" raketlərinin hazırlanmasını artıq başa çatdırıb.
Bildirilir ki, sənaye müəssisəsi artıq kompleksin seriyalı istehsalına başlayıb.

Qeyd olunur ki, yeni raket komplekslərinin qəbulu üçün Dombarovski rayonunda təşkilati və texniki işlər aparılır.
Müdafiə Nazirliyi onu da qeyd edib ki, yeni strateji silah sistemlərinin yaradılması Rusiyanın müdafiə gücünün artırılmasına, ölkə və onun müttəfiqlərinə qarşı hər hansı təcavüzün qarşısının alınmasına istiqamətlənib.
 
Aktual.az

Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR